“Yaz-yay mövsümü gəlib və istilər başlayıb. Vətəndaşlar dəniz sahilində gəzmək və çimərliklərdən istifadə etmək istəyırlər. Amma, hər kəsin bildiyi kimi, Xəzər dənizinin sahilləri işğal altında qalmaqda davam edir. Son illər IDEA-nın rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində ictimai çəmərliklərin yaradılmasına başlanılıb və bunu alqışlayıram.
Bizim.Media xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Lakin, deputat bu addımın yetərli olmadığını da diqqətə çatdırıb:
"Dəniz Allah tərəfindən xalqımıza lütf edilən bir ilahi sərvət, Konstitusiyamız tərəfindən isə istifadəsinə maneəsiz verilən bir hüquqdur. Hər kəs dənizin beş-on hektarını çəpərləyib, bu qanunsuzluğu hər bir vətəndaş görür, yaşayır və narazı qalır. Sonra da onlara hüququn, qanunun aliliyindən danışırıq və hər kəsin də qanun qarşısında bərabər hüquqlu olduğunu deyirik. Xalq da görür ki, bu fikir doğru deyil.
Rəhmətlik Prezident Heydər Əliyevin fərmanı ilə dənizdən 130 metr kənarda tikinti işi aparmağa icazə verilirdi.
İndi bu məsafə 30 metrə endirilib. Bu məsələni əsaslandırıb cənab prezidentə imzaya təqdim edənlər bu xalq və dövlət qarşısında məsuliyyət daşıyır, çünki öz torpaqlarını və mülklərini nəzərdə tutub bu addıma gedib. Təklifim budur ki, dəniz kənarından 130 metr məsafədə tikintiyə qadağa qanunla təsbit edilsin və dənizi hasarlayanların hasarı və mülkləri sökülsün".
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:37 / 15.04.2022
“Dəniz kənarındakı mülklər sökülsün" - Razi Nurullayevdən TƏKLİF
Hazırda oxunan: “Dəniz kənarındakı mülklər sökülsün" - Razi Nurullayevdən TƏKLİF
Hazırda oxunan: “Dəniz kənarındakı mülklər sökülsün" - Razi Nurullayevdən TƏKLİF
69767
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.