Bayramın “evdəqal” depressiyası – ÇIXIŞ YOLU

Hazırda oxunan: Bayramın “evdəqal” depressiyası – ÇIXIŞ YOLU

6972

Karantin rejiminin mənfi təsirləri get-gedə özünü daha çox büruzə verməyə başlayır. Bu problem daha çox bayram günlərində dərinləşir. Çünki bəzi insanlar bayramı izolyasiya şəraitində keçirdiklərini dərk edəndə psixoloji gərginlik yaşayırlar.

Hər zaman bu günü geniş kampaniyalarda, səs-küylü restoranlarda qeyd etməyə öyrəşən insanların psixologiyasına bu daha ağır təsir edir.

Virusun nə zaman bitəcəyi məlum olmadığı üçün artıq panikalar yaranıb. Hətta, obsessiv-kompulsiv pozuntular, panik ataklar, fobiyalar yaranmağa başlayıb.

Psixologiya elmi üzrə fəlsəfə doktoru Amaliya İsayevanın fikrincə isə, bu, sırf insan iradəsi ilə bağlı amildir. O bildirib ki, hər bir pis işdə maraqlı tərəf tapmaq insanın öz əlindədir.

“Uzun illərdir ki, insanlar bayram günlərində evlərindən didərgin düşürdülər. Gah o restoranda, gah da bu şadlıq saraylarında, səs-küylü kampaniyalarda yeni ili qeyd edirdilər. Hazırda bu insanlar məcbur olub evdə bayramı ailəsinin ətrafında keçirəcəklər. Sevinmək istəyən insan hər zaman sevinmək üçün bir bəhanə tapacaq”, - deyə o bildirib.

Fəlsəfə doktorunun fikrincə, bu durumdan depressiyaya düşən insanlar melonxolik vəziyyətlərə meyilli olan insanlardır.

O qeyd edib ki, belə insanlar adi günlərdə də bu vəziyyətləri yaşayan insanlardır.

“Depressiyaya düşən insanlar hər zaman, həyatın bütün anlarında melonxoliq vəziyyət yaşamağa meyilli olurlar. Əsl güclü insan isə düşdüyü hər bir vəziyyətdən çıxış yolu tapmağı bacarmalıdır. İnsanlara hər zaman pozitiv əhval-ruhiyyədə olmaqlarını arzulayıram”, - deyə o, fikirlərini tamamlayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin