Tramvay və trolleybuslar Bakıya bir daha qayıtmayacaq? - SƏBƏB

Hazırda oxunan: Tramvay və trolleybuslar Bakıya bir daha qayıtmayacaq? - SƏBƏB

69631

“Bakıda tramvay və trolleybusların qaytarılması və indiki şəraitdə bu istiqamətdə hansısa ciddi addımların atılması mümkünsüzdür. Çünki böyük vəsait tələb edir. Digər tərəfdən, tramvay və troleybusların fəaliyyətinin bərpası mülkiyyət hüquqi ilə bağlı problemlər yaşadacaq. Şəhərin tikintisi elə aparılıb ki, həmin sistemin bərpası ilə hansısa tikintiləri sökmək lazım gələcək. Bu isə öz növbəsində əlavə problemlərə səbəb olacaq”.

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Bakıda tramvay və troleybus parkının bərpası mümkünlüyündən danışarkən deyib:
 

MÖVZU İLƏ BAĞLI:

“Roskosmos” Azərbaycana tramvay satacaq – Roqozindən AÇIQLAMA


“Tramvay və troleybusların fəaliyyətinin bərpası şəhərin ekoloji tarazlığının qorunmasında mühüm rol oynaya bilər. Amma məsələ ondadır ki, Bakıda şəhərin bütün relyefi üzrə tramvay və troleybusların fəaliyyətə başlaması mümkün deyil. Şəhərdə tikiti planlı şəkildə aparılmadığından, həmçinin Bakıda eniş və yoxuşların çox olması səbəbindən mərkəzdə sözügedən nəqliyat vasitələrinin fəaliyyəti çətin ki, bərpa olunsun”.

Bununla belə, həmsöhbətimiz düşünür ki, Əhmədli, Günəşli, Nefçilər metrosunun ətrafı, bulvarkənarı hissələrdə bu nəqliyyat sistemi bərpa olunmalıdır: 

“Bakının ayrı-ayrı bölgə, küçə və rayonlarında həmin nəqliyyat sistemini bərpa etmək mümkündür. Bakının relyefi göstərir ki, bu baş versə, ancaq şəhər kənarlarına aid olacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin