“Kimsəsizlər qəbirstanlığı”ndan tapılan insan qalıqları DƏFN EDİLDİ 

Hazırda oxunan: “Kimsəsizlər qəbirstanlığı”ndan tapılan insan qalıqları DƏFN EDİLDİ 

69626

Bakının Suraxanı rayonu ərazisinin "Dədə Qorqud" massivində yerləşən, "kimsəsizlər məzarlığı"nda  naməlum insan qalıqlarının aşkar olunduğunu xəbər vermişdik. Həmçinin əraziyə səpələnən insan kəllə-beyin, çənə və onurğa sümüklərini görüntüləmişdik.

Qəbirstanlıqda aşkarlanan insan qalıqlarının hansı dövrə və hansı səbəbdən üzə çıxması məlum deyil.

Qeyd edək ki, həddindən artıq baxımsız olan qəbirstanlıqda məzarların çoxu tamamilə yerlə-yeksan edilib, bəziləri isə batıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ətrafa səpələnən insan sümükləri – “Kimsəsizlər məzarlığı”nda qəbirləri kim TALAN EDİB? – FOTO


Məsələni ictimailəşdirəndən sonra aidiyyəti qurumlar ərazini nəzarətə götürüb. 

Zığ bələdiyyə sədri Emil Quliyev Bizim.Media-ya açıqlamasında aşkarlanan sümüklərin dəfn olunduğunu deyib:

“Kimsəsizlər qəbirstanlığıdır və orada dəfn olunanlar 1990-cı ildən sonrakı dövrə aiddir. Həmin məzarlıq bizim balansımıza 2021-ci ildən verilib. Ondan əvvəlki illərdən xəbərimiz yoxdur. Amma sözügedən insan sümükləri artıq dəfn olunub.

Mənə də maraqlıdır ki, bu qalıqlar necə ortaya çıxıb. Çünki köhnə sümük qalığına heç heyvan da yaxın düşmür. Kimin nəyinə lazımdır?”
Qəbirstanlığın baxımsız olması məsələsinə gəlincə, Emil Quliyev qarşıdakı illərdə bununla bağlı da layihəli şəkildə lazımi tədbirlərin görəcəyini qeyd edib. 

Qeyd edək ki, sözügedən məzarlıqda ilk qəbirlər təxminən 1990-cı illərin sonlarından etibarən peyda olmağa başlayıb. Qəbiristanlıqda təxminən 300-dən çox kimsəsiz məzar var. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin