Azərbaycanda inflyasiyanın sürəti artacaqmı? - “Təhlükəlisi staqflyasiyadır” 

Hazırda oxunan: Azərbaycanda inflyasiyanın sürəti artacaqmı? - “Təhlükəlisi staqflyasiyadır” 

69580

“İnflyasiya həddi 100-dən çox məhsulun daxil olduğu səbət üzrə hesablanır. Həmin səbətə daxil olan bəzi məhsullar istehlakda daha çox yer tutur. Bu baxımdan məsulların bəziləri üzrə bahalaşma hətta 30-40 faiz həddindədir”.

İqtisadçı ekspert Fərid Mehralizadə Bizim.Media-ya açıqlamasında belə deyib. O bildirib ki, istehlak səbətinə daxil olan məhsulların əksəriyyəti idxal olunur.

Bu baxımdan dünyadakı bahalaşma bizim ölkəmizdə də inflyasiyanı qaçılmaz edir: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda inflyasiyanın 2 SƏBƏBİ – Ölkə iqtisadiyyatının gələcəyi necə görünür?


“Dünya Bankı da bugünlərdə açıqladı ki, Azərbaycanda illik ortalama inflyasiya proqnozu 9 faizə yüksəlib. Ötən ilin oktyabrında qurum bu göstəricini 4.5 faiz olaraq açıqlamışdı. Bu baxımdan, pandemiyanın yaratdığı şərait- təchizat zəncirindəki problemlər, daşıma xərclərinin artması kimi amillərlə yanaşı Rusiya və Ukrayna müharibəsi də, qlobal ərzaq qiymətlərinin yüksəlməsini sürətləndirib. Çünki müharibə tərəfləri olan hər iki ölkə qlobal ərzaq bazarında önəmli yer tutur”.

Azərbaycanda 2022-ci ilin ikinci rübü üçün inflyasiya həddi necə ola bilər sualın isə ekspert cavab verib ki, sadaladığımız proseslər dünyada hələ davam edir, ona görə, ikinci rübdə də inflyasiya həddinin aratacağı proqnozlaşdırılır: 

“İnflyasiyadan daha betəri staqflyasiyadır (inflyasiya və işsizliyin eyni anda baş verməsi). Azərbaycanda isə bu proses görünmür, çünki rəsmi rəqəmlərə görə, ölkə iqtisadiyyatı böyüyür. Yəni, o qədər də böhran vəziyyəti deyil hal-hazırda”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin