Ötən il şəhid ailələri və müharibə əlillərinə üç minədək mənzil təqdim olunub.
Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bildirib.
O xatırladıb ki, cari ilin birinci rübündə 200 mənzil bu kateqoriyadan olan insanlara təqdim edilib:
“İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 1500 mənzilin təqdim olunması planlaşdırılıb. Bu çərçivədə yaxın dövrlərdə növbəti yaşayış kompleksinin açılışı planlaşdırılır ki, ondan sonra bu proses daha da sürətlənəcəkdir”.
Nazir xüsusi olaraq vurğulayıb ki, son üç il ərzində Prezidentin fərman və sərəncamları əsasında 6300 mənzil məhz bu kateqoriyadan olan insanlara təqdim olunub. "Ümumilikdə müstəqillik dövrümüzdə bu rəqəm 12 min 500 mənzildir. Bunun 6300-ü məhz son üç ilin genişləndirilmiş proqramı çərçivəsində icra edilib ki, ilin sonunadək əlavə 1300 mənzilin də təqdim olunması, əlbəttə, bu kateqoriyadan olan insanlarımızın həyat şəraitinin yaxşılaşdırılması üçün çox önəmlidir”, - deyə nazir vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:12 / 13.04.2022
Şəhid ailələri və müharibə əlillərinə verilən mənzillərin SAYI
Hazırda oxunan: Şəhid ailələri və müharibə əlillərinə verilən mənzillərin SAYI
Hazırda oxunan: Şəhid ailələri və müharibə əlillərinə verilən mənzillərin SAYI
69450
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.