Astarada məşhur falçının oğlunun evi külə döndü - FOTO

Hazırda oxunan: Astarada məşhur falçının oğlunun evi külə döndü - FOTO

69445

Astarada  üçmərtəbəli ev yanıb.

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, rayonun Şuvi kəndində 1983-cü il təvəllüdlü Şaban Məmmədsəfa oğlu Məmmədova məxsus, ümumi sahəsi 600 kvadratmetr 3 mərtəbəli, 9 otaqlı ev içindəki əşyalarla birgə tamamilə yanıb. Yanğının qısaqapanma səbəbindən baş verdiyi və evun mansard hissəsindən başladığı  bildirilir. Hava küləkli olduğundan alov sürətlə yayılıb. 

Hadisə yerinə FHN-in Cənub Regional Mərkəzinin Astara Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi gəlib və alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb. 

Yanğın zamanı evdə qonaqlarla bərabər 15 nəfərədək insan olub, xoşbəxtlikdən xəsarət alan olmayıb.  

Qeyd edək ki, ev sahibi tanınmış falçı mərhum Məmmədsəfanın oğludur. 

Faktla bağlı araşdırma aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin