Ətrafa səpələnən insan sümükləri – “Kimsəsizlər məzarlığı”nda qəbirləri kim TALAN EDİB? – FOTO

Hazırda oxunan: Ətrafa səpələnən insan sümükləri – “Kimsəsizlər məzarlığı”nda qəbirləri kim TALAN EDİB? – FOTO

69436

Bakının Suraxanı rayonu ərazisinin "Dədə Qorqud" massivində yerləşən, cəmiyyət arasında "kimsəsizlər məzarlığı" kimi tanınan qəbirstanlıqda  naməlum insan qalıqları aşkar olunub.

Ərazidə səpələnən insan kəllə-beyin, çənə və onurğa sümükləri ilə bağlı görüntülər Bizim.Media-nın fotorepartyoru tərəfindən lentə alınıb.

Qəbirstanlıqda aşkarlanan insan qalıqlarının hansı dövrə aid olduğu məlum olmasa da, ehtimallara görə sözügedən sümüklər məzarlıqlardan qızıl axtarılması məqsədilə çıxarılıb. 

Müşahidələr zamanı qəbirstanlığın baxımsız olması da diqqətdən yayınmayıb. Məzarların çoxu tamamilə yerlə-yeksan edilib, bəziləri isə batdığından görünməz haldadır. 

Məzarlıq nəzarətçisinin saytımıza bildirdiyinə görə, dağıdılan qəbirlər tez bir zamanda bərpa olunacaq, sümüklər təkrar dəfn olunacaq, qəbirstanlığın baxımsız vəziyyəti ilə bağlı isə lazımi tədbirlər görüləcək. 

Qeyd edək ki, sözügedən məzarlıqda ilk qəbirlər təxminən 1990-cı illərin sonlarından etibarən peyda olmağa başlayıb. Qəbiristanlıqda təxminən 300-dən çox kimsəsiz məzar var.
Mövzunu diqqətdə saxlayacağıq...

Alçina Amilqızı, Rəşad Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin