Sabah havada tozun miqdarı norma daxilində olacaq 

Hazırda oxunan: Sabah havada tozun miqdarı norma daxilində olacaq 

69416

Dünən axşam saatlarından başlayaraq şimal-qərb küləyinin güclənməsi nəticəsində havada dispers toz hissəciklərinin miqdarında artım müşahidə edilib. 

Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib. 

“Avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən, havada toz hissəcikləri gecə saatlarında Bakının Xətai rayonunda normadan 2,6 dəfə, Nizami rayonunda isə 1,4 dəfə çox olub”. 
G.Abbasova qeyd edib ki, 14 aprel tarixində isə şimal-qərb küləklərinin zəif cənub-şərq küləkləri ilə əvəzlənməsi ilə əlaqədar havada dispers toz hissəciklərinin miqdarının norma daxilinə düşəcəyi gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin