Maşınını aşıran sürücü xəstəxanada öldü – Bacısı da qəzada vəfat etmişdi

Hazırda oxunan: Maşınını aşıran sürücü xəstəxanada öldü – Bacısı da qəzada vəfat etmişdi

69400

İki gün əvvəl Salyanda qəza törədən sürücü dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, aprelin 11-i Salyan rayonunda idarə etdiyi “Hyundai Tucson” markalı avtomobili aşıran 61 yaşlı Abıyev Məmmədqulu Əlisa oğlu ağır xəsarətlə Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi.

O, aprelin 12-də həmin xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, aprelin 11-i saat 17 radələrində Salyan radələrində M. Abıyevin idarə etdiyi “Hyundai Tucson” markalı avtomobilin aşması nəticəsində sürücünün bacısı 48 yaşlı Nigar Abıyeva həlak olub. Sürücü özü, və həyat yoldaşı S. Abıyeva isə ağır xəsarətlərlə KTM-ə yerləşdirilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin