Dünən günorta saatlarından başlayan güclü külək Gəncə şəhərinin bir çox küçə və prospektlərində yaşayış binalarının dam örtüyünü aşırıb, ağacları kökündən qoparıb, bəzilərini qırıb, bəzilərinin isə budaqlarını sındırıb.
Bizim.Media-nın yerli bürosunun Gəncə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, şəhərin Gülüstan qəsəbəsində yerləşən 33 saylı yaşayış binasının dam örtüyünün bir hissəsi aşıb, Şahsevərlər küçəsindəki məsçidin yanında yerləşən həyət evinin dam örtüyü yararsız hala düşüb.
Nizami Gəncəvi prospektində yerləşən binanın fasad hissəsinə zərər dəyib.
Bundan əlavə güclü külək nəticəsində 3-cü mikrorayonun ərazisində, Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərində, Mirzə Abbas Abbaszadə, Azərbaycan bayrağı, Azərbaycan, Əttarlar və Cavad xan küçələrində, 6 saylı MİS-in ərazisində, Nizami kinoteatrının yanında, Fizuli və Nərimanov parklarında ağacların aşması və budaqların qırılması müşahidə olunub.
Sözügedən ərazilərdə çalışan MKTİB-in əməkdaşları küləyin törətdiyi fəsadları aradan qaldırır. Uçan dam örtüklərinin təmir-bərpa işlərinə başlanılıb, aşan ağaclar və sınan budaqlar yığışdırılır.
MKTİB-in rəhbərliyi təbii fəlakətin törətdiyi fəsadların ərazilərinə baxış keçirib. Qurumun bir neçə briqadası tərəfindən fəsadların aradan qaldırılması istiqamətində aparılan işlər davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 13.04.2022
Güclü külək Gəncədə fəsadlar törətdi - FOTO
Hazırda oxunan: Güclü külək Gəncədə fəsadlar törətdi - FOTO
Hazırda oxunan: Güclü külək Gəncədə fəsadlar törətdi - FOTO
69352
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.