Aprelin 11-i saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayon sakini 1953-cü il təvəllüdlü Natalya Popovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Suraxanı rayon prokurorluğu yayıb.
Mənbə qeyd edir ki, aparılmış araşdırmalarla zərərçəkmişin nəvəsi, 1999-cu il təvəllüdlü Murad İmanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Natalya Popovanın boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Murad İmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:58 / 12.04.2022
Bakıda 23 yaşlı oğlan nənəsinin boğazını kəsdi – POLİS YAXALADI
Hazırda oxunan: Bakıda 23 yaşlı oğlan nənəsinin boğazını kəsdi – POLİS YAXALADI
Hazırda oxunan: Bakıda 23 yaşlı oğlan nənəsinin boğazını kəsdi – POLİS YAXALADI
69263
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.