6 ildən sonra Ermənistandakı girovluqdan azad edilən Şahbaz Quliyev evinə dönüb.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə Şahbaz Quliyevin anası və digər ailə üzvləri ilə görüşünü əks etdirən görüntülər yayılıb. Ana sevinc göz yaşları ilə oğluna sarılıb.
Xatırladaq ki, Şahbaz Quliyev Dilqəm Əsgərovla birgə 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.
Onlar dekabrın 14-də Bakıya qaytarılıb. Xəstəxanada müalicə aldıqdan sonra evlərinə buraxılıblar.
Bizim.Media