İftar süfrəsi üçün Kremli peçenye RESEPTİ

Hazırda oxunan: İftar süfrəsi üçün Kremli peçenye RESEPTİ

69105

Bu gün Ramazan ayının onuncu günüdür. 

Bizim.Media iftar süfrəniz üçün kremli peçenye reseptini təqdim edir:

Ərzaq:

Yağ - 150 qr.

Un - 3,5 stəkan

Qatıq - 3 xörək qaşığı

Qabartma tozu - 50 qr.

Krem üçün:

Süd - 1,5 stəkan

Un - 3 xörək qaşığı

Şəkər tozu - 5 xörək qaşığı

Yumurta sarısı - 1 ədəd

Kivi - 5 ədəd

Vanil

Hazırlanması:

Krem: Süd, un, vanil, şəkər tozu və yumurta sarısını bir qabda qarışdırıb, sobada qatılaşana qədər bişirin. Hazır olandan sonra soyumaq üçün soyuducuya yerləşdirin.

Xəmir: Yağı əridib, soyudun. Una qabartma tozu qatıb, ələyin. Üzərinə qatıq və əridilmiş yağı əlavə edib, yoğurun. Xəmir hazır olduqdan sonra onu 1 saat saxlayın. Xəmirdən qoz böyüklüyündə kündələr düzəldib, əlinizlə yastıladın. Ortasına kremdən bir az qoyub, üzərinə fındıq səpib, bükün və sobada bişirin. Peçenyelər hazır olduqdan sonra kənarını kiçik kəsib, içərisinə uzunsov doğranmış kivi qoyun. Üzərinə qənd kirşanı səpib, süfrəyə verin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin