Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 10 aprel 2022 ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, imtahan nəticələri bu gün saat 16:06-dan etibarən DİM-in saytında yerləşdirilib.
Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda 2063 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 16 nəfər, BA2 altqrupu üzrə 22 nəfər, BA3 altqrupu üzrə 56 nəfər, BA4 altqrupu üzrə 69 nəfər, BB1 altqrupu üzrə 93 nəfər, BB2 altqrupu üzrə 116 nəfər, BB3 altqrupu üzrə 175 nəfər, BB4 altqrupu üzrə 235 nəfər olmaqla, ümumilikdə 782 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:49 / 11.04.2022
Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı
Hazırda oxunan: Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı
Hazırda oxunan: Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı
69074
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.