Gürcü ekspert: “50 yaşında qadının 15 yaşlı qız kimi görünmək istəyinin faciəvi nəticəsi ola bilər” - MÜSAHİBƏ

Hazırda oxunan: Gürcü ekspert: “50 yaşında qadının 15 yaşlı qız kimi görünmək istəyinin faciəvi nəticəsi ola bilər” - MÜSAHİBƏ

69049

Ətrafımızda bir-birinə bənzəyən xanımların sayı günbəgün artmaqdadır. Oxşar burun, üz quruluşu, dodaqlar günümüzün trendidir. Bəzən uğursuz əməliyyat və kosmetoloji korreksiyalar acı sonluqlarla da başa gəlir. Belələrinin qurbanına çevrilən xanımlar uzun müddətli depresiya və əyilmiş sifətlərlə cəmiyyət içinə çıxa bilmirlər.

Bu mövzu ətrafında növbəti söhbətimizi Gürcüstan Kosmetoloqlarının Hüquqlarının Müdafiəsi Federasiyasının rəhbəri,Tiflisdə “Genesis Clinic” Kosmetoloji Mərkəzin Direktoru- Həkim Kosmetoloq Nino Pirtskhalaişvili ilə aparmışıq. Bizim.Media həmin müsahibəni təqdim edir.

- Sizcə professional kosmetoloq müayinə zamanı əsasən nələrə fikir verməlidir?

- Kosmetoloq ilk növbədə pasiyentin yaşına və dolayısı ilə dəridəki problemlərə diqqət yetirməlidir, yəni dərinin quruluşu, sıxlığı, nəmliyi və pasiyentin dəridə ifadə etdiyi müxtəlif problemləri incələməlidir məsələn səpgilər, ləkələr və s. Heç bir peşəkar kosmetoloq 50 yaşındakı qadının 15 yaşında qız kimi görmək istəyinə tabe olmamalıdır.

Acı fəsadları var belə istəklərin, faciəvi nəticəsi ola bilər. Doğru qiymətləndirmə aparilmalı, mümkün korreksiya işləri başa salınmalıdır.
Yoxsa pasiyent bir müddət sonra elə vəziyyətə düşər ki, bu həm həkimin reputatsiyası üçün, həm də müştərinin psixoloji durumu üçün təhlükəli ola bilər. Həmin dövürdə sağlam həyat tərzinə, sağlam qidalanmaya da xüsusi fikir vermək lazımdır. Əslində yaş üstünə yaş gəldikcə sağlamlıq tərzi bizim ən vacib seçimimiz olmalıdır.

- Bəzən bir neçə ay kurs keçən insanlar daha sonra kosmetoloq kimi işləyirlər. Bunu normal qəbul edə bilərik?

- Ümumi kosmetologiyaya gəldikdə, bu halda bir neçə aylıq təcrübəyə sahib olmaq kifayətdir, lakin inyeksiya ilə məşğul olan kosmetoloq mütləq şəkildə tibbi biliklərə, xüsusən də fiziologiya və anatomiya sahələrində dərin biliklərə sahib olmalıdır. Eyni zamanda praktiki təcrübəni də vurğulamaq lazımdır. Nə qədər çox olsa, o qədər yaxşıdır. Ümumiyyətlə, bu sahədə yaradıcılıqdır, istedadsız, bliksiz adamlardan uzaq durmaq hökməndir.

- Kosmetoloqa müraciət edən xanımlar onun professional və ya qeyri -professional olduğunu necə anlaya bilərlər?

- Bu və ya digər proseduru yerinə yetirmək üçün kosmetoloqa müraciət edən pasiyentin kosmetoloqun öz ixtisası və təcrübəsi haqqında əvvəlcədən məlumat sahibi olması məqsədəuyğundur. Həmçinin onun yerindəcə kosmetoloqdan sənəd tələb etmək hüququ var. İnsan danışanda bilinir, əvvəlcə həkiminizlə ünsiyyət qurun, əgər size inandıra bilsə, gözəlliyinizi etibar edin və hökmən əvvəlki işləri ilə də tanış olun.

- Son dövrlərdə nə üçün kosmetoloqlara müraciətlərin sayı artıb?

- Müasir həyat tərzi və doğru olmayan şəkildə bəslənmə bir tərəfdən dəri problemlərini, vaxtından əvvəl qocalma əlamətlərini artırır, digər tərəfdən isə artıq zəmanənin tələbi kimi üz prosedurları müəyyən bir rutin hal alıb. Hamı cavan və yaraşıqlı görünmək istəyir. Bu dəyərdir, eqodur. İndi təkcə qadınlar deyil, kişilər də öz vizuallarına daha çox diqqət yetirirlər və buna görə də son dövrlərdə kosmetoloqlara müraciətlərin sayı artıb.

- Adətən neçə yaşdan sonra kosmetoloqa müraciət etmək məsləhətdir?

- 25 yaşından etibarən dəri yavaş-yavaş qocalmağa başlayır və bu baxımdan kosmetoloji prosedurlara ehtiyac yaranır. Ümumiyyətlə, dəri sistematik olaraq doğuş zamanı, hətta uşaqlarda da xüsusi qayğıya ehtiyac duyur.

İlk problemlər menopoz yaşında ortaya çıxır və bu dövrdən etibarən lazımi kosmetoloq cəlb olunmalıdır. Əlbəttə ki, burada gözəliyinizi peşəkarlara həvalə etməlisiniz, əks- tıqdirdə arzuolunmaz nəticələrə gəlib çıxa bilərsiniz və bundan sonra əksər xanımlar depresiya yaşayır.
- İndi belə bir tendensiya var ki, kosmetoloqa gedən xanımların hamısı bir- birinə bənzəyirlər. Bu haqda fikirləriniz maraqlıdır, niyə belə olur? 

- Professional həkim mütləq şəkildə ona müraciət edən pasiyentin təbiİliyini qorumalıdır. Mövcud olan problemi təbiİlikdən kənara çıxmadan həll etməlidir.

Hər pasientin individual üz quruluşu olduğuna görə kosmetoloqda ona o prizmadan yanaşmalıdır.
Yuxarıda dediyim kimi, peşəkar tək pasiyentin arzularına tabe ola bilməz, ona incə detalları aydınlaşdırmalı, yüksək və davamlı nəticəni əldə eləmək üçün Bütün bunları nəzərə alsaq, istədiyimiz nəticəni əldə edəcək və eyni zamanda hər kəsi arzu etdiyi gözəlliyə qovuşduracağıq.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin