Bakıda ana həbsdəki oğluna mobil telefon keçirmək istədi

Hazırda oxunan: Bakıda ana həbsdəki oğluna mobil telefon keçirmək istədi

69034

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınmışdır.

Bu barədə Bizim.Media-ya Penitensiar Xidmətdən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Həbsdəki oğluna 5 telefon vermək istəyən ata saxlanıldı


Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Azad Azər oğlu Novruzova poçt vasitəsilə göndərilmiş banderola baxış keçirilən zaman orada olan şalvarın cibinə xüsusi üsulla hopdurularaq gizlədilmiş ümumi çəkisi 1,130 qram olan narkotik maddə - heroin aşkar edilmişdir. 

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan Kamran Rasim oğlu Zeynalovla qısamüddətli görüşə gəlmiş anası Saatlı rayon sakini Laləzar Dövlət qızı Zeynalovanın əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarında gizlətdiyi 1 ədəd “KGTEL” markalı mobil telefon aparatı aşkar edilmişdir. 

Hər iki faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin