Bakıda gecə klubunda baş vermiş partlayış zamanı yaralanan Seneqal vətəndaşının vəziyyəti ağır olaraq qiymətləndirilir.
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, Seneqal vətəndaşı ağ ciyər kontuziyası, III dərəcəli yanıq xəsarəti ilə özəl tibb müəssisələrinin birində müalicə alır.
MÖVZU İLƏ BAĞLI:
Partlayışa görə bu gün vəfat edən şəxs bu universitetin tələbəsi imiş - FOTO
Xatırladaq ki, Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur. Yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüb.
Bizim.Media