Xəbər verdiyimiz kimi, Ukraynada həlak olan azərbaycanlı snayper Elnur Həsənovun nəşi ölkəmizə gətirilərək ailəsinə təhvil verilib.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi informasiyaya görə, Elnur Həsənov Goranboyda dəfn edilib.
MÖVZU İLƏ BAĞLI:
Kiyevin müdafiəsi zamanı həlak olan Elnurla bağlı YENİ FAKTLAR – II Qarabağ müharibəsində iştirak edib
Qeyd edək ki, mərhum ikinci Qarabağ Müharibəsinin iştirakçısıdır, ailəli olub, iki övladı var.
Xatırladaq ki, Ukrayna-Rusiya müharibəsində iştirak edən 29 yaşlı Elnur Elşən oğlu Həsənov martın 27-də paytaxt Kiyev yaxınlığında öldürülüb. O, “Alik” ləqəbi ilə tanınıb.
Elnur Kəlbəcər rayonunun Cəmilli kənd qeydiyyatında olub, Goranboy rayonun Qarasüleymanlı kəndində müvəqqəti məskunlaşıb.
Məqsəd Rəhimov, Bizim.Media
































































































