Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov xidmətdə olmanın son yaş həddi ilə bağlı DİN-in Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki, hüquq üzrə elmlər doktoru, professor, əməkdar müəllim Mahir Əhmədovu qəbul edib.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, yolasalma mərasimində general-polkovnik Vilayət Eyvazov onun dövlətçiliyə, peşə borcuna sədaqətini, insani keyfiyyətlərini xüsusi vurğulayıb, Polis Akademiyası rəisinin birinci müavini kimi qüsursuz fəaliyyətini yüksək qiymətləndirib.
Sonda nazir Vilayət Eyvazov uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu DİN-in “Fəxri fərman”ını M.Əhmədova təqdim edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:49 / 10.04.2022
Vilayət Eyvazov təqaüdə göndərilən polkovniklə görüşdü - FOTO
Hazırda oxunan: Vilayət Eyvazov təqaüdə göndərilən polkovniklə görüşdü - FOTO
Hazırda oxunan: Vilayət Eyvazov təqaüdə göndərilən polkovniklə görüşdü - FOTO
68900
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.