Erməni girovluğundan azad edilən Dilqəm Əsgərov xəstəxanadan evə buraxılıb.
Bizim.Media-nın verdiyi xəbərə görə, oğlu Kürdoğlu Əsgərov atası ilə birgə şəklini paylaşıb.
MÖVZU İLƏ BAĞLI:
DTX: Şahbaz Quliyev və Dilqəm Əsgərov Vətənə gətirildi
D. Əsgərov 6 il erməni girovluğunda qaldıqdan sonra Azərbaycanın Vətən Müharibəsindəki qələbəsinin ardından dəyişdirilən əsirlərlə birgə Azərbaycana təhvil verilib.
Bizim.Media