Avtobuslarda gediş haqqının qaldırılması ZƏRURƏTİ – Qarşısını necə almaq olar?

Hazırda oxunan: Avtobuslarda gediş haqqının qaldırılması ZƏRURƏTİ – Qarşısını necə almaq olar?

68818

“Sərnişin daşıma ilə məşğul olan şirkətlərinin gediş haqqının artırılması ilə bağlı təşəbbüsləri bir tərəfdən başa düşüləndir. Mövcud vəziyyətdə prosesin tənzimlənməsi hökumətin üzərinə düşür”.

Bunu Bizim.Media-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov Bakıda fəaliyyət göstərən avtobus şirkətlərinin qiymətlərin bahalaşması fonunda ictimai nəqliyyatda gediş haqqının artırılması təşəbbüsü ilə çıxış etmələrinə münasibət bildirərkən deyib: 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda ictimai nəqliyyatda gediş haqqı bahalaşıb? - RƏSMİ AÇIQLAMA


“Bu qiymət artımı heç də arzuolunan deyil. Sərnişin daşımada qiymətlərin artması birmənalı olaraq ailələr üçün əlavə yük yaradacaq. 

Amma ortada bir gerçəklik də var. 2021-ci ildə yanacağın qiyməti artırıldı. Bu zaman elan edilmişdi ki, kütləvi sərnişin daşımada müvafiq xərclərin artımından yaranan yükün kompensasiyası ilə bağlı addımlar atılacaq. Lakin bu günə qədər həmin addimlar atılmayıb”. 

Ekspertin fikrincə, digər tərəfdən tələblərin də dəyişməsi ictimai nəqliyyatda gediş haqqı məsələsinin həlli üçün müəyyən addımların atılmasını vacib edirib: 

“Hazırda kütləvi sərnişin daşımada keyfiyyətin artırılması yolunda özəl şirkətlərə müəyyən təzyiqlər edilir. Bu istiqamətdə onlara nəzarət güclənib. Deməli, şirkətlərin avtobus parkını yararlı şəkildə saxlamaları üçün əlavə xərcləri də fortmalaşır. Ehtiyat avtohissələrin qiyməti də artır. 
Ona görə də avtobus şirkətlərinin gediş haqqının qaldırılması ilə bağlı təşəbbüsləri bir tərəfdən başa düşüləndir. Amma çalışmaq lazımdır ki, hələlik bu sahədə qiymət artmasın. Hökumət şirkətlərə vergi yükünün azaldılması və digər vasitələrlə müvəqqəti də olsa müəyyən dəstək verə bilər”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin