“Kinder” MƏHSULLARI niyə hələ də SATIŞDADIR? – AQTA-dan istehlakçılara növbəti ÇAĞIRIŞ 

Hazırda oxunan: “Kinder” MƏHSULLARI niyə hələ də SATIŞDADIR? – AQTA-dan istehlakçılara növbəti ÇAĞIRIŞ 

68815

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Kinder" məhsullarının satışdan yığışdırılması ilə bağlı sahibkarlara müraciət etsə də iri market və dükanlarda bu məhsulun satışı davam edir.

Qeyd edək ki, İtaliyanın “Ferrero” şirkətinin Belçikada yerləşən müəssisəsində istehsal olunan son istifadə müddəti 20 aprel – 21 avqust, 11 iyul - 7 oktyabr 2022-ci il tarixli bəzi məhsullarında salmonella olması ehtimalı ilə bağlı həmin məhsul partiyaları geri çağırılıb.

Bizim.Media-nın bir neçə marketlərdə apardığı müşahidələrdən belə məlum olub ki, Belçika istehsalı olan sözügedən məhsul tam olaraq satış bazarlarından yığışdırılmayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda "Kinder" yumurtaları satışdan yığışdırılır - ALMAYIN!


Bəs, AQTA çağırışına məhəl qoymayan sahibkarlarla bağlı növbəti dəfə hansı addımları atacaq?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva Bizim.Media-ya bildirib ki, ölkəmizə idxalı zamanı bu məhsullarda risk əsaslı nəzarət tədbirləri çərçivəsində aparılan müayinələrdə hər hansı uyğunsuzluq, həmçinin salmonella bakteriyasının törədicisi aşkarlanmasa da, “Ferrero” şirkəti tərəfindən həmin partiyaların əsas satış bazarlarından geri çağırılması üçün sahibkarlara məktublar göndərilib:

“Məhsulun həssas əhali qrupu tərəfindən istehlak edilməsi nəzərə alınaraq, sahibkarlara Agentlik tərəfindən sözügedən dövrü əhatə edən məhsulların dövriyyədən çıxarılmasi tapşırılıb.

Söhbət “Ferrero” şirkətinin Belçikada istehsal eydiyi, son istifadə müddəti 20 aprel – 21 avqust, 11 iyul – 7 oktyabr 2022-ci il tarixli qeyd olunan məhsullardan gedir. Həmin məhsul partiyalarının idxalçı şirkətlər tərəfindən geri çağırılması qısa müddətdə təmin olunmalı və bununla bağlı Agentliyə məlumat verilməlidir”. 

Aysel Fərziyeva əlavə edib ki, geri çağırılan məhsullar yalnız bir partiyaya aiddir:

“Bütün “Kinder” və “Ferrero”nun,  eyni zamanda Rusiya və Türkiyə istehsalı olan bu məhsulların yığışdırılmasından söhbət getmir. Agentlik istehlakçıları Belçikada istehsal edilən və son istifadə müddəti sözügedən tarixləri əhatə edən bu məhsulları istehlak etməməyə çağırır.
Belçikada istehsal edilən, son istifadə müddəti 20 aprel – 21 avqust, 11 iyul - 7 oktyabr 2022-ci il tarixə aid olan məhsulları satış şəbəkələrində aşkar etdikdə AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə məlumat verilməsini xahiş edir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin