Səhiyyə Nazirliyi koronavirus xəstələrinin müalicəsi üçün inşa edilən modul tipli xəstəxanaların gələcək fəaliyyətinə aydınlıq gətirib.
Bizim.Media xəbər verir ki,səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında ölkədə COVID-19-a gündəlik yoluxma sayının kifayət qədər azaldığını bildirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda modul tipli xəstəxanaların fəaliyyəti DAYANDIRILDI
Onun sözlərinə görə, simptomlu xəstələrin sayı da nəzərəçarpacaq dərəcədə aşağı düşüb:
“Eyni zamanda xəstəxanaya yerləşdirilən pasiyentlərin sayı da tək-tük olur. Ona görə də əksər xəstəxanalar, demək olar ki, boşdur. Modul tipli xəstəxanaların gələcək fəaliyyətinə gəlincə, həmin səhiyyə ocaqları bağlanmayıb, sadəcə fəaliyyətlərini dayandırıblar. Xatırladım ki, anoloji hal pandemiyanın müxtəlif dalğaları zamanı da baş verib. Ümid edək ki, həmin xəstəxanalar elə ehtiyat fondu kimi də qalacaq”.
Bizim.Media