Nazirdən maska tələbinin ləğvi məsələsinə MÜNASİBƏT 

Hazırda oxunan: Nazirdən maska tələbinin ləğvi məsələsinə MÜNASİBƏT 

68767

Səhiyyə naziri Teymur Musayev Azərbaycanda qapalı məkanlarda maska tələbinin ləğv edilib-edilməməsi məsələsinə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Azərbaycanda koronavirusa yoluxma saylarının kəskin şəkildə azaldığını deyib.

Onun sözlərinə görə, gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur:
 

MÖVZU İLƏ BAĞLI:

Maska rejimi ləğv ediləcək - Zəruri zamanı AÇIQLANDI


“Bütün bunlar nəzərə alınaraq məsələyə baxılır və yəqin ki müəyyən qərarlar veriləcək. Nəzərə alsaq ki, iki ildən artıq müddətdə davam edən pandemik dövr insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Odur ki, vətəndaşlarımızı səbirli olmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıram”. 

Nazir həmçinin Avropanın bir sıra ölkələrində COVID-19 infeksiyasının yeni ştamlarına yoluxma sayındakı artım məsələsinə də toxunub:

“Sars-Cov-2 virusu dəfələrlə mutasiyaya uğrayıb və yeni ştamlar peyda olub. Bu səbəbdən hər dəfə açıqlama verəndə vətəndaşlarımızı ehtiyatlı olmağa çağırırdıq. Çünki virusun özünü necə aparacağını öncədən bilmək olmur. Sevindirici haldır ki, “Omikron” ştamından sonrakı bir neçə növdə yoluxduruculuq zəifləyib, törətdiyi xəstəliyin ağır gedişatı demək olar ki, çox nadir hallarda baş verir. Ümid edirik ki, pandemiya sona doğru gedir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin