Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Zamirə Adilova Bizim.Media-ya bildirib ki, yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl Respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüb.
"Gülbala Abdullayev müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi".
Qeyd edək ki, aprelin 3-də Bakının mərkəzində yerləşən gecə klublarının birində partlayış baş verib.
Partlayış nəticəsində 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər hadisə yerində vəfat edib. Daha sonra xəsarət alan iki nəfər aparılan müalicələrə baxmayaraq həyatını itirib. Bundan başqa, partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:04 / 09.04.2022
Bakıda partlayışda xəsarət alanlardan daha biri dünyasını dəyişdi
Hazırda oxunan: Bakıda partlayışda xəsarət alanlardan daha biri dünyasını dəyişdi
Hazırda oxunan: Bakıda partlayışda xəsarət alanlardan daha biri dünyasını dəyişdi
68755
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.