AMEA-da gənc alimlərə bağlanan QAPILAR - Deputatdan yaşlı akademiklərə ETİRAZ

Hazırda oxunan: AMEA-da gənc alimlərə bağlanan QAPILAR - Deputatdan yaşlı akademiklərə ETİRAZ

68695

“Gənclərin elmdə mövqe tutmaları olduqca vacibdir. Bütün dünayada bu belədir, Onların elmlə məşğul olmaları üçün motivasiya xarakterli işlər görülməlidir və görülür də”.

Bu sözləri Milli Məclisin deputatı Etibar Əliyev Bizim.Media-nın sualını cavablandırarkən bildirib.

Deputatın sözlərin görə, təhsil, elm sektorunda çalışan pensiya yaşı keçmiş alimlər, müəllimlər yerlərini gənclərə verməlidirlər. AMEA isə xüsusilə:

“Azərbaycan Milli Emlər Akademiyasının reyasət heyətinə diqqət yetirdikdə görərik ki, 70 yaşlı alimlər orada çalışır. Düşünürəm ki, onlar yerlərini gənclərə həvalə edib, vəzifələrini tərk etməlidirlər. Hətta Nobel mükafatı laureatları həyatları, apardıqları tədqiqatlar boyu gənclərə yol açılmasını tövsiyyə edirlər və onların elmdə uğur qazanması üçün əllərindən gələnləri edirlər. Hətta tədqiqatlar üçün maliyə vəsaiti də ayırırlar ki, gənclik onları illər sonra əvəz edə bilsin. Amma hazırda görülən mənzərəyə baxsaq, bizdə vəziyyət eyni deyil. Amma bu tendensiyanın olması üçün addımlar atılmalıdır.
 

Yüksək yerləri tutan yaşlı akademiklərə sual ünvanlamaq lazımdır ki, fəaliyyətləri boyu neçə alim yetişdirə biliblər? Həmçinin yetişdirdikləri alimlərin uğurları nədən ibarətdir və istinadları, əsələri hansı vəziyyətdədir? Bu dediklərim ciddi faktorlardır. 


Etibar Əliyev AMEA-ya keçirilən seçkilərdə yaş senzinin aşağı salınması barədə də söz açıb:

“Bu məsələ hazırda müzakirə olunmur. Ancaq düşünürəm  ki, müzakirəyə qaldırıla bilər əgər digər sahələrə yaş senzi qoyulursa, akademiyada keçirilən seçkilər üçün də bu qayda tətbiq olunmalıdır. Mənim fikrimcə akademiklər və akademiyanın müxbir üzvləri təqaüdə çıxırlarsa, öz yerlərinə gənc şəxslərin gəlib işləməyinə razı olmalıdırlar”, - deyən E.Əliyev keçirilən seçkilərdə daha çox gənclərə üstünlük verilməsini vurğulayıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin