"Azəriqaz" İstehsalat Birliyi 2022-ci ilin birinci rübündə 3 milyard 276 milyon kubmetr qaz qəbul edib.
Bizim.Media xəbər verir ki, bunu birliyin baş direktoru Ruslan Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, təkcə mart ayı ərzində 1 milyard 114 milyon kubmetr qaz qəbul edilib.
"Yanvar-mart aylarında qəbul olunmuş qazın 706 milyon kubmetri sənaye, 2 milyard 570 milyon kubmetri isə əhali istehlakı üzrədir. O cümlədən, mart ayı üzrə 251 milyon kubmetr sənaye, 763 milyon kubmetri isə əhali istehlakı üzrə olub", - deyə Baş direktor bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin birinci rübü ilə müqayisədə bu il 247 milyon kubmetr əlavə qaz qəbul edilib:
"Əhali istehlakı üzrə 60 milyon kubmetr azalma olub, qeyri-əhali üzrə isə 307 milyon kubmetr artıq qaz qəbul olunub".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:43 / 08.04.2022
"Əhalinin qazdan istifadəsi azalıb" - Baş direktor
Hazırda oxunan: "Əhalinin qazdan istifadəsi azalıb" - Baş direktor
Hazırda oxunan: "Əhalinin qazdan istifadəsi azalıb" - Baş direktor
68631
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.