Metroda foto-video çəkmək niyə qadağandır? – ƏSAS SƏBƏB 

Hazırda oxunan: Metroda foto-video çəkmək niyə qadağandır? – ƏSAS SƏBƏB 

68628

Məlum olduğu kimi, Bakı metrosunda foto çəkmək qadağandır. Bununla bağlı bütün stansiyalarda xüsusi lövhələr mövcuddur. 

Bizim.Media xəbər verir ki, “Bakı Metropliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Facebook” hesabında paylaşım edərək qadağanın səbəblərindən danışıb. 

“İndi təsəvvür edin ki, metroda şəkil çəkməyə qadağa yoxdur. Hərə əlinə bir mobil cihaz alıb, şəkil çəkəcək - eskalatorun qarşısında, üstündə, aşağı meydançada, orta zalda çəkəndə qatardan sərnişinlər axınla düşüb çıxmaq istəyəndə, ya da elə stansiya yolunda. Ən maraqlı şəkil də qatar stansiyaya girəndə çəkiləcək. Hələ mən bəy-gəlin, ad günü foto-videosessiyalarını demirəm”, - deyə qurum rəsmisi yazıb. 

Qurum rəsmisi əlavə edib ki, sərnişinin Metropoliten ərazisində foto və ya video çəkilişlə məşğul olması təhlükəsizlik baxımından məqsədəuyğun deyil: 

“Səbəblər çoxdur. Biri odur ki, bu nəqliyyat vasitəsidir, yəni, sərnişini mənzil başına çatdırmalıdır. Sərnişinin rahat və təhlükəsiz daşınması isə ən əsas vəzifələrdir”.               
Qeyd edək ki, çəkilişin qadağan olunması Nazirlər Kabinetinin qərarı ilə Bakı Metropolitenindən istifadə qaydalarında mövcuddur. Qaydaya əsasən Bakı metropoliteninin rəhbərliyinin icazəsi olmadan metroda foto, video və kino çəkilişləri aparmaq olmaz. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin