Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi sərnişinlərin məlumatlandırma imkanlarının daha da yaxşılaşdırılması məqsədi ilə “Google Maps"in nəqliyyat komandası ilə də danışıqlar aparır.
Bizim.Media xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Məlumatda həmçinin deyilir ki, paralel olaraq sərnişinlərin marşrut xətləri ilə bağlı zəruri məlumatlarla təmin edilməsi üçün ardıcıl tədbirlər görülür. Bu çərçivədə 2017-ci ildə alo141.az saytı istifadəyə verilib.
"Necə getməli" bölməsinə daxil olmaqla səfərləri əvvəlcədən planlaşdırmaq mümkündür. Avtobuslar bölməsində isə istənilən marşrutun nömrəsini seçməklə xəritədə həmin marşrutun getdiyi yolu, əsas dayanacaqları və xəttin uzunluğunu görmək olar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:17 / 08.04.2022
"Google Maps"in nəqliyyat komandası ilə danışıqlar aparılır" - BNA-dan AÇIQLAMA
Hazırda oxunan: "Google Maps"in nəqliyyat komandası ilə danışıqlar aparılır" - BNA-dan AÇIQLAMA
Hazırda oxunan: "Google Maps"in nəqliyyat komandası ilə danışıqlar aparılır" - BNA-dan AÇIQLAMA
68625
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.