Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə Beynəlxalq Telekommunikasiya İttifaqının “WSIS Prizes-2021” mükafatı təqdim edilib.
RİNN-dən Bizim.Media-ya verilən məlumata görə, təqdimat Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının İsveçrənin Cenevrə şəhərində keçirilən iclası çərçivəsində baş tutub.
Qeyd edək ki, “AzInTelecom” MMC və Şamaxı Rayon İcra Hakimiyyətinin hazırladığı “Vətəndaşların elektron müraciət portalı – www.e-qebul.az” layihəsi ötən il Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2021 Mükafatları” (WSIS Prizes-2021) müsabiqəsinin mükafatına layiq görülmüşdü.
İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti Forumu virtual keçirildiyindən mükafatın təqdim edilməsi mümkün olmamışdı.
Layihəni Şamaxı Rayon İcra Hakimiyyətinin təklifləri əsasında “AzInTelecom” MMC vətəndaşlar və dövlət qurumları arasında münasibətlərdəki problemlərin həlli məqsədilə hazırlayıb. Portal vətəndaşlara dövlət qurumlarına fiziki olaraq getmədən onlayn şəkildə müraciət ünvanlamaq imkanı verir.
Müsabiqəyə Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən 1270 elektron layihə təqdim olunmuşdu. Ekspertlər qrupunun rəyi əsasında onlardan 360-sı müsabiqədə iştirak etmişdi.
Qalib layihələr 18 nominasiya üzrə onlayn səsvermə nəticəsində müəyyənləşmişdi. Səsvermədə dünya üzrə 1,3 milyondan artıq insan iştirak etmişdi.
“Vətəndaşların elektron müraciət portalı” müsabiqədə “E-hökumət” kateqoriyası üzrə qalib olmuşdu.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
01:22 / 08.04.2022
Bu nazirliyə beynəlxalq mükafat təqdim olundu
Hazırda oxunan: Bu nazirliyə beynəlxalq mükafat təqdim olundu
Hazırda oxunan: Bu nazirliyə beynəlxalq mükafat təqdim olundu
68584
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.