May ayından etibarən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün imtahanlar hər ay keçiriləcək.
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Hüquqi-təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov bildirib
O qeyd edib ki, may ayından etibarən ilk 3 ay ərzində imtahanlar hər ay keçiriləcək və sonra isə imtahanların keçirilmə intensivliyi iştirakçıların sayına uyğun olaraq müəyyən ediləcək.
V.Əsgərov vurğulayıb ki, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikatı ala bilməyən şəxslərin dövlət qulluğuna xitam verilə bilər.
“2016-cı ildən, yəni dövlət qulluğu ilə bağlı sertifikat sistemi qəbul edilmədən əvvəl dövlət qulluğunda işləyən şəxslər əgər öz işlərini davam etdirmək istəyirlərsə sertifikat əldə etmələrinə ehtiyac yoxdur”, - deyə o əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:19 / 07.04.2022
Bu şəxslərin dövlət qulluğuna xitam verilə bilər - Maydan etibarən...
Hazırda oxunan: Bu şəxslərin dövlət qulluğuna xitam verilə bilər - Maydan etibarən...
Hazırda oxunan: Bu şəxslərin dövlət qulluğuna xitam verilə bilər - Maydan etibarən...
68451
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.