Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsünə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün “saxla” işarəsi verilib.
Daxili İşlər Nazirliyinin Bizim.Media-ya verilən məlumata görə, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Lənkəran rayon sakini Ş.Qasımovun narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən Ş.Qasımovun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:16 / 06.04.2022
Narkotik qəbul edib avtomobil sürən şəxs saxlanıldı
Hazırda oxunan: Narkotik qəbul edib avtomobil sürən şəxs saxlanıldı
Hazırda oxunan: Narkotik qəbul edib avtomobil sürən şəxs saxlanıldı
68388
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.