Qızıl Xaç məktubu yayılan əsir BARƏDƏ: "Təşkilatın saxlanılan şəxsi azad etmək hüququ yoxdur"

Hazırda oxunan: Qızıl Xaç məktubu yayılan əsir BARƏDƏ: "Təşkilatın saxlanılan şəxsi azad etmək hüququ yoxdur"

68363

“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) saxlanılan şəxsi azad etmək hüququ yoxdur”. 

Bizim.Media Apa-ya istinadən xəbər verir ki, BQXK Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. 

O bildirib ki, BQXK saxlanılan şəxslərin azad edilməsi prosesinə təsir göstərmir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı əsirin məktubu 18 il sonra üzə çıxdı – Qırmızı Xaç onu sağ görüb, amma xilas etməyib! 


“Bu, yalnız həbs edən orqanların səlahiyyətindədir”, - İlahə Hüseynova əlavə edib. 

Xatırladaq ki, ötən gün mediada Quba rayonundan olan hərbi qulluqçu Novruzov Laçın Əhməd oğlunun 1994-cü ildə əsirlikdə olarkən Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə evlərinə göndərdiyi məktub yayımlanıb.

Məktubda Laçın Novruzov həmin vaxt sağ olduğunu, Ermənistanın Edili kəndində saxlanıldığını yazıb və ailəsindən onu əsirlikdən qurtarmasına kömək göstərmələrini istəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin