Bu gün Ramazan ayının 5-ci günüdür. Bayramla əlaqədar paytaxtda fəaliyyət göstərən restonların bəzilərində oruc tutmuş şəxslər üçün imsak və iftar süfrələri təklif edilir. Menyulardakı qiymətlər yemək çeşidlərinə və restonlara görə dəyişir.
Bizim.Media olaraq bir sıra restoranların təqdim etdiyi iftar süfrələri ilə maraqlandıq.
Keçirdiyimiz sorğudan belə məlum olub ki, restoranlarda iftar süfrələrinin qiyməti elə toy qiymətlərinə bərabərdir və üstəlik ötən ildən fərqli olaraq bir qədər də bahalaşıb. Restoranlarda təklif edilən iftar menyularının qiyməti 15 manatdan 80 manata qədər dəyişir.
Süfrəyə isə qiymətə uyğun olaraq lazım oldu-olmadı bir neçə çeşiddə təamlar qoyulur.
Bizim.Media bəzi restoranlardakı iftar qiymətlərini araşdırıb:
“Qoç ət” restoranının administratoru saytımıza açıqlamasında sözügedən restoranda iftar süfrəsi üçün xüsusi standart menyunun olmadığını bildirib:
“Oruc tutan şəxslər yalnız öz seçimləri əsasımda yemək sifariş edə bilərlər”.
“Anadolu” restoranında da eynilə iftarla bağlı standart menyu yoxdur.
“Pak Dad” restoranında adambaşına iftar menyusu 30 manata təklif olunur. Meyuda şorba, salat çeşidlərindən biri, çərəz, dissert, içkilər və isti yeməklərlə bağlı seçimlərdə sərbəstlik verilir.
“Dafne” restoranında adambaşına iftar menyusu 23 manata təklif olunur. Burada da 3 çüşid şorba, 2 çeşid salat, 5 çeşid məzə, isti yeməklərdən və içkilərdən bir seçim imkanı verilir.
“Teleqüllə” restoranında 2 nəfərlik iftar 60 manat, 3 nəfərlik iftar menyusu isə 90 manata təklif olunur. Bundan əlavə iftar menyuları bir nəfər üçün “Pizza İnn” restoranında bir nəfər üçün 20,
“Natəvan” da 30, “Günaydın”da 80, “Cuppa Coffee” də 32, “İskəndər”də 25, “Taksim Kebap”30,
“Özsüt” kafedə 30 manatadır. Hotel restoranlarında isə digərlərindən 10-15 manat fərqlə iftar menyusu təklif edilir.
Göründüyü kimi adambaşına bir yeyimlik üçün nəzərdə tutulan qiymətlər “cib yandırır”. Ramazan ayından yararlanaraq iftar vermək adı ilə vətəndaşları soyan restoran və ya kafe sahibləri mübarək dinizmizə və insanlığa yaraşmayan halla məşğuldurlr. Halbuki Ramazan ayının mahiyyəti də məhz israfçılığa son qoymaq, nəfsə qalib gəlməkdir.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:25 / 06.04.2022
Restoranların iftar süfrələrindəki TOY QİYMƏTLƏRİ – ARAŞDIRMA
Hazırda oxunan: Restoranların iftar süfrələrindəki TOY QİYMƏTLƏRİ – ARAŞDIRMA
Hazırda oxunan: Restoranların iftar süfrələrindəki TOY QİYMƏTLƏRİ – ARAŞDIRMA
68356
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.