“Azərsu”, “Azərişıq”, “Azəriqaz” işçilərinə şiddəti doğuran SƏBƏB - AÇIQLAMA

Hazırda oxunan: “Azərsu”, “Azərişıq”, “Azəriqaz” işçilərinə şiddəti doğuran SƏBƏB - AÇIQLAMA

68330

Tez-tez xəbər manşetlərində “Azəriqaz”, “Azərsu” işçilərinin döyülməsi və ya ciddi xəsarət alması haqda xəbərlər oxuyuruq. Bu münaqişədə kimin haqlı, kiminsə haqsız olması, çox zaman insanlar arasında müzakirə mövzusuna çevrilir. Kimi zorakılığa haqq qazandıraraq bu xəbəri normal qarşılayır, kimi isə döyməyin, xəsarət yetirməyin çıxış yolu olmadığını bildirir.

Görəsən öz vəzifəsini yetirməyə çalışan işçilərə qarşı vətəndaşlar niyə bu qədər aqressivdir?

Psixoloq Fərqanə Mehmanqızı Bizim.Media-ya insanlardakı kəskin aqressiyanın səbəblərini açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Azəriqaz”ın əməkdaşı abonent tərəfindən döyüldü - FOTO


Onun sözlərinə görə, cəmiyyət olaraq bugünkü gündə aqressiyadan əziyyət çəkirik:

“Ümumiyyətlə cəmiyyətdə qarşısıalınmaz dərəcədə güclü aqressiya var. Bunu pandemiya və ya sosial vəziyyətlə bağlı əlaqələndirirlər. Hər hansı bir qurumun işinin öhdəsindən düzgün şəkildə gəlmədiyini bəhanə edirlər. Amma səbəb nə olur olsun, şiddət yolverilməzdir. İnsanlarda daxili və xarici aqressiyalarını istəyirlər ki, hər vəchlə istər sosial şəbəkələrdə, istərsə də cəmiyyət arasında göstərsinlər. Ən əsas da özlərindən aşağı səviyyə, sosial vəziyyətdə olan şəxsləri əzməyə çalışırlar. Kommunal təsərrüfat işçilərinə qarşı aqressiyanın yaranmasına səbəb də elə yuxarıda qeyd etdiklərimdir.
 

Həmin şəxslər sadəcə içlərindəki olan aqressiyanı, şiddətə meyilliliklərini həmin şəxslər üzərində göstərməyə çalışırlar. Həmin şəxslər tək işçilərə yox ailə üzvlərinə, qonşularına, əzizlərinə də əl qaldıra, şiddət göstərə bilər”.


Psixoloq həmçinin qeyd edir ki, tək bu sahədə deyil, digər iş mühitində işləyənlər üçün də zorakılıq təhlükələri mövcuddur:

“Bəziləri deyir ki, qurumlar şikayətimizə baxmır deyə biz də əsəbləşib bu yola əl atırıq. Amma bu yolverilməzdir və insanı haqlı ikən, haqsız duruma sala bilər. Bütün sahələr üzrə bu tip aqressiya göstərən şəxlər çoxdur, sadəcə “Azəriqaz”, “Azərsu” ilə bağlı məsələlər daha üzə çıxdığı üçün insanlar elə bilir ki, tək bu sahədə işçilərə zərər yetirilir”, - deyə qeyd edən psixoloq insanlara şiddətdən çəkinməyi tövsiyyə edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin