2012-ci ildən fəaliyyət göstərən və Azərbaycanın seçilən oyun studiolarından biri olan Azdimensionın oyunu PlayStation-nın YouTube kanalında paylaşılıb.
Bizim.Media bildirir ki, xarici vətəndaşların bəziləri oyuna maraq göstərməyə başlayıb.
Sözü gedən oyun AzDimension komandası tərəfindən ərsəyə gətirilən "The Last Dead End" oyunudur. Oyunda hadisələr Azərbaycanın tarixi guşəsi olan İçərişəhərdə cərəyan edir. Oyunun treylerindən anlaşıldığı qədəri ilə baş qəhrəman şəhəri işğal etmək istəyən fantastik canlılardan qoruyur.
Bu oyun 2018-ci ildən bəri kompüter istifadəçiləri üçün əlçatandır. Steam platformasında endirimli qiymətə alıb oynaya bilərsiniz. Hal-hazırda endirimlə qiyməti 2 dollar civarındadır.
Konsol oyunçularının səbirsizliklə gözlədiyi fantastik və dinamik hekayəsi olan bu oyun yeni nəsil oyun konsalları PS5 və XBOX Series X ilə yanaşı, cari konsolları da PS4, Nintendo Switch, XBOX One da üçün satışa çıxarılıb. (techland)
Bizim.Media