Azərbaycanda oğlan elçi getdiyi qızın qardaşı ilə sevgili oldu - "İçmişdik, ayılanda..."

Hazırda oxunan: Azərbaycanda oğlan elçi getdiyi qızın qardaşı ilə sevgili oldu - "İçmişdik, ayılanda..."

68175

Qəbələdə 17 yaşlı tanışı tərəfindən öldürülən Araz B.-nin (ad şərtidir) qətlinin təfərrüatı məlum olub. 

Bizim.Media kriminalqafqaz-a istinadla xəbər verir ki, hadisə 2021-ci ilin oktyabrında qeydə alınıb.

Uludaş kənd sakini, 2003-cü il təvəllüdlü Murad E. (ad şərtidir) 34 yaşlı Arazı xüsusi amansızlıqla qətlə yetirib. 

Araşdırmalarla məlum olub ki, Araz Muradın bacısı ilə evlənmək istəyirmiş. Lakin qızın valideynləri bu nikaha razılıq verməyiblər. Elçilik əsnasında qızın qardaşı ilə Arazın münasibəti yaranıb və onlar görüşməyə başlayıblar. Belə ki, Arazın cinsi orientasiyası fərqli imiş və 17 yaşlı oğlan da əvvəlcədən bunu bildiyi üçün onun istəyinə uyğun olaraq bir neçə dəfə görüşüblər. 

Daha sonra onların münasibəti pozulub. Araz Muradı şantaj etməyə başlayıb. Murad isə işlədiyi şadlıq sarayından götürdüyü bıçaqla rayonun Tikanlı kəndindəki köhnə tikilidə onunla görüşüb.

Danışdıqları yerə gələn zaman Murad Arazın başından daşla vurub. Daha sonra xüsusi amansızlıqla onun şah damarını, sol qulağını kəsib və hadisə yerindən uzaqlaşıb. 

Məhkəmədə dindirilən zaman Murad E. öldürdüyü şəxsi 2019-cu ildən tanıdığını və hərdənbir kafedə birgə içki içdiklərini deyib: 

"Bir dəfə görüşüb kənddə gəzirdik. Pivə içdik, mən yuxuya getdim və ayılanda lüt olduğumu gördüm. Araz mənə şəkillərimi çəkdiyini dedi. Onda bacımın da şəkilləri var idi. Fotoları silməsi üçün pul təklif etdim. Amma qəbul etmədi. Evdə onunla təmasım olduğunun bilinməməsi üçün adını telefonda "Ürəyim" kimi qeyd etmişdim. Bir dəfə Araz gecə saat 2-də mənə zəng edib, "əgər bacını mənə gətirməsən, özümü asacağam" dedi. Onun hərəkətləri barədə atasına irad bildirdik. Lakin o, yenə məni bu söhbəti həll etməyə çağırdı. Həmin vaxt boğazımdan tutub məni cinsi əlaqəyə məcbur etmək istədi.

Bu zaman yerdən daş götürüb başından vurdum. Daha sonra baş və kürək nahiyəsindən bıçaqladım. Təxminən 20-25 zərbə vurduqdan sonra öldüyündən əmin olmaq üçün boğazının sol tərəfindən şah damarını kəsdim. Xırıldamağa başlayanda qulağının yarısını kəsdim və oradan uzaqlaşdım". 
Məhkəmədə şahid qismində dindirilmiş mərhumun anası oğlunun əqli qüsurlu olduğunu bildirib:

"Oğlum həmin qızı sevdiyinə görə onlara elçiliyə getmişdik. Ancaq atası qızı ilə Arazın yaş fərqi çox olduğunu əsas gətirərək buna razılıq vermədi. Oğlum qızın qardaşı ilə münasibət qurmuşdu. O, bir neçə dəfə bacısının şəkillərini oğluma göndərərək 100 manat müqabilində ərə veriləcəyini deyirdi. Oktyabrın 10-da Araz zənglərimizi açmadı. Hadisədən iki gün sonra oğlumun Murad tərəfindən qətlə yetirildiyi məlum oldu".

Qeyd edək ki, cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Murad E. Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamöldürmə) maddəsi ilə mühakimə olunub.
Məhkəmə onun yetkinlik yaşına çatmadığını nəzərə alaraq nisbətən aşağı həddə cəza təyin edib. Hökmə əsasən, Murad E. 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin