“Uzun illərdir Azərbaycanda istismar edilən neft yataqları ətraf mühitə ciddi ziyan vurur. Həmin ərazilərdəki göllər radiasiya mənbəyidir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Asim Mollazadə səsləndirib.
Deputat neft çıxarılan ərazilərdə ekoloji vəziyyətə diqqət yetirilməsinin vacibliyini vurğulayıb:
“Biz həmin gölləri gördükdə anlayırıq ki, böyük işlər görməliyik. Sovet dönəmində bu istiqamətdə işlər görülməyib. Buzovna, Zirə Azərbaycanın gələcək kurort zonalarıdır. Ona görə sazişin hər zaman diqqət mərkəzində olması və həmin ərazilərdə ətraf mühitin qorunması ilə bağlı işlərin görülməsi vacibdir”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:10 / 05.04.2022
“Buzovna, Zirə Azərbaycanın gələcək kurort zonalarıdır” – Asim Mollazadə
Hazırda oxunan: “Buzovna, Zirə Azərbaycanın gələcək kurort zonalarıdır” – Asim Mollazadə
Hazırda oxunan: “Buzovna, Zirə Azərbaycanın gələcək kurort zonalarıdır” – Asim Mollazadə
68152
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.