Azərbaycanda həyat sığortasına MÜRACİƏTLƏR artıb - SƏBƏBLƏR

Hazırda oxunan: Azərbaycanda həyat sığortasına MÜRACİƏTLƏR artıb - SƏBƏBLƏR

68139

Bir neçə gün əvvəl Bakıda gecə klubunda baş verən partlayışda bir nəfərin dünyasını dəyişməsi, 37 nəfərin isə xəsarət alması həyat sığortası məsələsini gündəmə gətirib. Bu tip bədbəxt hadisələrdə zərər çəkmiş həyatların qarantı üçün həyat sığortası vacib hesab olunur. Əvvəlki illərdən fərqli olaraq son vaxtlar bu məsələyə əhəmiyyətli dərəcədə maraq artıb. 

Bu barədə Bizim.Media-ya sığorta eksperti İlkin İbrahimov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda həyatlarını sığortalayanların sayı çoxalır – SƏBƏB NƏDİR? 


Onun sözlərinə görə ötən il 750 milyon manatadək sığorta haqqının 450 milyon manatdan çoxu məhz həyatın sığortalanmasına yönələn sığorta haqları olub ki, bu da ümumi sığorta məbləğinin 60 faizi deməkdir:

“Mərkəzi Bankın hesabatına görə həm sığorta yığımları, həm də sığorta ödənişləri ən çox həyat növlərində özünü göstərir. 4 sığorta şirkəti var ki, bu prosesi həyata keçirir. Həyat sığorta şirkətləri qeyri-həyat sığota şirkətlərindən fərqli olaraq vətəndaşın ödədiyi sığorta haqqını müəyyən müddətdən sonra geri qaytarır. Məhz bu nüansa görə həyat sığortasına müraciət edənlər daha çoxdur. Amma həyat sığorta şirkətləri vətəndaşları daha çətin seçir. Vergilər Məcəlləsində dəyişiklik olunub ki, həyat sığorta şirkətində sığortalanma olunursa, vətəndaşın maaşından bir hissə ora köçürülür.

Qanunvericiliyə görə biz yalnız maaşımızın 50 faizini həyat sığortasına yönəldə bilərik. Amma həyat sığorta növlərində geri ödəmələr olur. Əgər sığorta hadisəsi baş vermirsə, 3 və ya 5 ildən sonra müqavilə ilə həmin məbləğ vətəndaşın özünə geri qaytarılır. Həyat sığortasında əməkhaqqının yüksək olması əsas götürülür. Vətəndaşın maaşı 500 manatdan yuxarı olmalıdır ki, onun 50 faizi həyat sığortasına yönəldilsin”. 

Ekspert qeyd edib ki, dövlət müəssisələrinin əksəriyyətində həyat sığortası tətbiq olunmur:
 

“Çünki orada maaşlar daha az və risk yuxarı olur. Həyat sığortasını əməkhaqqı yüksək olduğu üçün özəl şirkətlərdə tətbiq edirlər. Əməkhaqqı almayan və pensiyaçılara həyat sığortası tətbiq olunmur.


Yəni Dövlət Sosial Müdafiə Fonduna yığılan yığımlarla müqayisə olunur ki, bunun müsbət və ya mənfi tərəfləri var. Həyat sığortası risklərini hesablayır. Onlara daha çox məbləğ olanda xeyirdir. Qanunvericilik imkan vermir ki, vətəndaş bütün əməkhaqqını həyat sığortasına yönəltsin. Əgər vətəndaş həyat sığortası istifadə etməyibsə, müqavilə müddətinin sonunda ödədiyi məbləği geri alır. Yox əgər həyat sığortası ilə balı müqavilədən bir ay sonra dünyasını dəyiçibsə, müqavilədə nəzərdə tutulmuş məbləğ onun varislərinə təqdim olunur”.  

İlkin İbrahim onu da əlavə edib ki, iş yerində müqavilə müddətində ölümlə nəticələnən bədbəxt hadisə baş verdikdə, həyat sığortası ilə məşğul olan şirkətlər böyük məbləğdə kompensasiya verir. Bu məbləğ əmək haqqı və risk dərəcəsindən asılı olaraq dəyişir. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin