“Bələdiyyəyə səlahiyyət verilməlidir ki, onları vətəndaşlar da tanısın. Bələdiyyələrə kim müraciət edirsə ki, damımı təmir etmək üçün vəsait ayrılsın, bələdiyyə deyir pul yoxdur. Bələdiyyələrə maliyyə cəlb etmək üçün səlahiyyətlər verilməlidir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Milli Məclisin plenar iclasındakı çıxışı zamanı səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin plenar iclası başladı – 17 məsələ müzakirə ediləcək
Deputat bələdiyyələrin fəaliyyətində islahatların vacib olduğunu vurğulayıb:
“İndiki vəziyyətdə bələdiyyələrin fəaliyyəti ilə bağlı hansısa qanunu absurd hesab edirəm. Təcili islahatlar aparılmalıdır. Bələdiyyələrin heç bir hüquqları olmadığı üçün, onlar qeyri-vacib struktura çevrilirlər. Bələdiyyələr birləşdirilməli, rayon bələdiyyələri ümumiyyətlə ləğv olunmalı, xəritələr bələdiyyələrə verilməlidir. 23 il keçib, lakin bələdiyyələrin fəaliyyətinin effekti yoxdur. 23 il də keçsə, bu düzəlməyəcək.”
Murad Əhmədov, Bizim.Media