İsmayıllı sakini etibarnamə ilə maşın satdıqdan sonra problemlərlə üzləşib. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini əldə edən bir şəxs avtomobilin əsl sahibinin adından saxta sənədlər düzəldib və həmin sənədlərlə vətəndaşları aldadıb.
Bizim.Media xəbər verir ki, bu iddia ilə İsmayıllı sakini Şanil Musatafayev çıxış edib.
Onun sözlərinə görə avtomobilini Çingiz adlı şəxsə satıb. Həmin şəxs də bir müddət sonra nəqliyyat vasitəsini satmaq qərarına gəlib və bununla bağlı elan saytlarından birində məlumat paylaşıb. Problem də bundan sonra başlayıb.
Şanil Mustafayev iddia edir ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin şəklini əldə edən şəxs onun adından istifadə edərək başqalarına qarşı dələduzluq etməyə başlayıb.
Şanil Musatafayev deyir ki, aldadılmış adamlar onun ünvanına gəlirlər.
Zərərçəkən məsələ ilə bağlı polisə müraciət edib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, ərizəsi qəbul olunub. Hazırda faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:57 / 05.04.2022
Etibarnamə ilə maşın satdı, indi başı bəladadır - VİDEO
Hazırda oxunan: Etibarnamə ilə maşın satdı, indi başı bəladadır - VİDEO
Hazırda oxunan: Etibarnamə ilə maşın satdı, indi başı bəladadır - VİDEO
68038
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.