O, FHN-nin xilasediciləri tərəfindən mənzildə ölü halda aşkarlandı

Hazırda oxunan: O, FHN-nin xilasediciləri tərəfindən mənzildə ölü halda aşkarlandı

67993

Mingəçevir şəhərində mənzildə qadın meyiti aşkarlanıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün İsmət Qayıbov küçəsində yerləşən mənzildə qeydə alınıb.

Qonşuların müraciəti üzərinə Fövqaladə Hallar Nazirliyinin (FHN) xilasediciləri mənzilin qapısını açaraq içəri daxil olublar.

Bu zaman 1952-ci il təvəllüdlü şəhər sakini Məmmədova Tükəzban Məmməd qızı mətbəxdə ölü vəziyyətdə aşkar edilib. 

Qeyd edək ki, ölən şəxs tənha ömür sürüb, təqaüddə olan tibb işçisi olub.

Onun ölümünün səbəbləri araşdıeılır.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin