18 il sonra ortaya çıxan azərbaycanlı əsirin məktubu ilə bağlı Qırmızı Xaç Komitəsindən AÇIQLAMA 

Hazırda oxunan: 18 il sonra ortaya çıxan azərbaycanlı əsirin məktubu ilə bağlı Qırmızı Xaç Komitəsindən AÇIQLAMA 

67981

Fərrux kəndi ərazisində bu günlərdə aşkarlanan kütləvi məzarlıqda azərbaycanlı əsirin 18 il sonra üzə çıxan məktubunun Qırmızı Xaç Komitəsi tərəfindən nəzarətə götürülməməsi ciddi müzakirəyə çevrilib. 

Xəbər verildiyi kimi Quba rayonundan olan hərbi qulluqçu Novruzov Laçın Əhməd oğlunun 1994-cü ildə əsirlikdə olarkən Qırmızı Xaç vasitəsi ilə evlərinə göndərdiyi məktub üzə çıxıb.

Məktubda Laçın Novruzov həmin vaxt sağ olduğunu, Xocavəndin Edili kəndində saxlanıldığını yazıb və ailəsindən onu əsirlikdən qurtamaq üçün yalvarış dolu, ürək sızladan sözləri yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı əsirin məktubu 18 il sonra üzə çıxdı – Qırmızı Xaç onu sağ görüb, amma xilas etməyib! 


İddialara görə Qırmızı Xaç Komitəsi əsirin taleyinə biganəlik nümayiş etdirib və əsgərin ailəsinə geri qaytarılması üçün heç bir iş görməyib.

Hətta Laçın Novruzovun bu məktubdan sonra işgəncələrlə qətlə yetirildiyi və harada dəfn edildiyi barədə rəsmi məlumat da açıqlamayıb. Bir sözlə Qırmızı Xaç Komitəsi bu məsələ ilə bağlı hərəkətə keçmədiyi və Laçın Novruzovun taleyinə biganəlik nümayiş etdirdiyi üçün günahlandırılır.

Məsələ ilə bağlı Qırmızı Xaç Komitəsinə müraciət etdik. Qurumun Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Bizim.Media-ya açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin fərdi işlər barədə publik şərhlər vermədiyini bildirib.

Onun sözlərinə görə belə məsələlər konfidensial və ikitərəfli dialoqun mövzusu olmalıdır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin