Rəşid Mahmudovun həyat yoldaşı vəfat edib? – “Məndən 50 manat da aldı ki...” – ÖZÜNDƏN AÇIQLAMA

Hazırda oxunan: Rəşid Mahmudovun həyat yoldaşı vəfat edib? – “Məndən 50 manat da aldı ki...” – ÖZÜNDƏN AÇIQLAMA

67964

Sosial şəbəkələrdə bir neçə gündür ki, Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun həyat yoldaşının vəfat etməsi ilə bağlı xəbərlər dolaşır.

Bu xəbər həm də Rəşid müəllimin adına açılmış “facebook” hesabından yayılır.

Məsələyə aydınlıq gətirmək üçün Rəşid Mahmudovla əlaqə saxladıq. O, yayılan xəbərlərin yalan olduğunu deyərək, ailəsi haqqında dezinformasiya yayan şəxsin kimliyini də Bizim.Media-ya açıqlayıb. Sən demə... :

“Yoldaşım da, mən də çox şükür yaxşıyıq. Bu xəbər yalandı. Mən heç elə status, yazı yazmağı bacarmıram internetdə. Bu 1-ci dəfə deyil, dəfələrlə həmin şəxs mənim adımdan saxta xəbərlər yazaraq camaatı aldadıb.

Gah mənim öldüyümü, gah da oğlumun, yoldaşımın başına iş gəldiyini yazır. Bu Füzuli rayonunun Balabəhmənli kəndindən Abdullayev Tural Mirağa oğludur. Buradan DİN-ə də müraciət edirəm ki, adını çəkdiyim şəxs haqqında tədbir görülsün”.
Rəşid müəllimin sözlərinə görə, adam təkcə saxta profil, xəbər yaymaqla kifayətlənməyib, hətta onun ev ünvanını taparaq pul da alıb:

“Ev ünvanımı da tapıb düz çıxıb qapıma gəlmişdi. Deyirəm mənim haqqımda niyə yalan yazırsan bəs? Gördüm getmir, 50 manat pul verib yola saldım ki, bəlkə bununla sakit qalar amma yenə də əməlinə davam edir”, - deyə qeyd edən Rəşid Mahmudov bu şəxslə bağlı aidiyyatı orqanlara müraciət ünvanlayıb.

Səkinə Yusibli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin