Bakıda çörəkdən yad cisim çıxıb.
Bizim.Media-ya bu barədə görüntüləri oxuculardan biri göndərib. Nahar zamanı təndir çörəyinin içindən quş lələyi çıxıb.
Görüntüləri saytımıza təqdim edən şəxsin bildirdiyinə görə, içindən yad cisim çıxan təndir çörəyi Hövsan qəsəbəsindəki marketlərdən birindən alınıb.
Alçina Amilqızı, Bizim.Media