Bu kəndlərdə su kanalları yenidən qurulacaq – ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Bu kəndlərdə su kanalları yenidən qurulacaq – ÖZƏL AÇIQLAMA

67928

Yevlaxda  mənbəyini Kür çayı və Yuxarı Qarabağ kanallarından götürən  paylayıcı suvarma kanallarına müasir su ölçmə qurğuları quraşdırılacaq.

Bu barədə Bizim.Media-nın yerli bürosuna açıqlama verən Yevlax Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Ariz Mikayılov bildirib ki, artıq  hazırlıq işlərinə start verilib.

Onun sözlərinə görə, ilkin mərhələdə mənbəyini  Kür çayı və Yuxarı Qarabağ kanalından alan paylayıcı kanallar üzərində 11  simli ölçü qurğusu quraşdırılması  nəzərdə tutulsa da gələcəkdə onlar Yevlax rayonu ərazisində yerləşən bütün su hövzələrini əhatə edəcək:
“İlk dəfə olaraq quraşdırılacaq bu qurğuların hər biri günəş batareyaları ilə təmin ediləcək. Bu, son nəticədə nəzarətimizdə olan  kanallarda su sərfini dəqiq müəyyənləşdirməyə imkan verəcək, hesablama və proqnozları tərtib etməyə yardımçı olacaq. Qeyd etmək istərdim ki, bu qurğular hazırda  qardaş Türkiyə Cumhuriyyətində uğurla tətbiq olunur”.

Ariz Mikayılov suvarma kanallarında əlavə itkilərin qarşısının alınması üçün digər məqsədyönlü addımlar atmaq niyyətində olduqlarını deyib:

“Salahlı və Qarxun kəndlərində istifadə olunan 2 kilometrlik su kanalları tamamilə yenidən qurularaq  betonlaşdırılacaq”. 

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin