Gecə klubunda xəsarət alan Seneqal vətəndaşından XƏBƏR VAR

Hazırda oxunan: Gecə klubunda xəsarət alan Seneqal vətəndaşından XƏBƏR VAR

67927

“Müəssisəmizə daxil olan bir xəstə əməliyyata cəlb olunub. Onun yanıqla yanaşı, müştərək travmaları da var idi”.

Bizim.Media xəbər verir ki, bunu Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov jurnalistlərə açıqlamasında deyib.

Gecə klubunda baş vermiş partlayış nəticəsində xəsarət alanların səhhəti ilə bağlı ətraflı məlumat verən direktor bildirib ki, hadisədən sonra Nərimanov Tibb Mərkəzinə 14 nəfər gətirilib: 
 

MÖVZU İLƏ BAĞLI:

Partlayışda xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır


“Onlar əsasən 2 və 3-cü dərəcəli yanıq xəsarəti alan və bəzilərində müştərək travmalar olan şəxslər idi. Onlar stasionar müalicəyə götürülüb. Artıq 5 nəfər ambulator müalicəsini davam etdirmək üçün evə yola salınıb. Hazırda xəstəxanamızda 10 nəfərin müalicəsi davam edir. Onlardan 7 nəfər reanimasiya şöbəsindədir, 3-nün vəziyyəti kritik-ağırdır”.

Direktor qeyd edib ki, reanimasiyada olanlardan biri də Seneqal vətəndaşıdır:

“Digər iki nəfər hazırda palataya yerləşdirilib. Vəziyyətləri orta-ağırdır. Bir nəfərin isə vəziyyəti ortadır. Reanimasiyada 3 kritik xəstədən başqa 4 xəstə də var ki, onların da vəziyyəti ağırdır. Lakin kritik olaraq qiymətləndirilmir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin