Göygöl rayonunda 39 yaşlı kişi ürəktutmasından dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürsonun məlumatına görə, “Azərsu” ASC-nin 7 nömrəli Regional Sukanal İdarəsinin Göygöl Sukanal Sahəsində çalışan 1983-cü il təvəllüdlü S.Hüseynovun iş yerində səhhəti qəfil pişləşib və o yıxılıb.
Hadisə yerinə təcili tibbi yardım briqasası çağrılıb. Lakin həkimlər müayinə zaman Hüseynovun öldüyünü müəyyən ediblər.
İlkin versiyaya görə S.Hüseynov ürək xəstəliyindən əziyyət çəkirmiş. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media