Rusiyanın “Z” hərfi olan tankları Azərbaycana qarşı da istifadə olunubmuş - FOTOFAKT

Hazırda oxunan: Rusiyanın “Z” hərfi olan tankları Azərbaycana qarşı da istifadə olunubmuş - FOTOFAKT

67824

2020-ci ildə  Qarabağ müharibəsində Ermənistanın Rusiyanın “Z” ordusuna aid tanklarından Azərbaycan qüvvələrinə qarşı istifadə etdiyi iddia edilib.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar yayılıb.

2020-ci il sentyabrın 27-də başlayan Qarabağ müharibəsi düz 44 gün davam edib. Azərbaycan ordusu Qarabağı işğaldan azad etməyə nail olub və Rusiyanın vasitəçiliyi ilə 2020-ci il noyabrın 10-da müharibə başa çatıb. Müharibənin bitməsindən uzun zaman keçsə də Rusiyanın Ukraynaya hücumu ilə ortaya mühüm bir detal çıxıb.

Sosial şəbəkələrdə əks olunan görüntülərdə bölgədə qarşıdurmaların davam etdiyi bir vaxtda erməni qüvvələrinin üzərində “Z” hərfi olan tanklardan Azərbaycan ordusuna qarşı istifadə etdiyi iddia edilib. İddialara görə, Ukraynanın işğalından əvvəl mənası bilinməyən “Z” hərfi o günlərdə diqqətdən yayınıb.

Qeyd edək ki, Vətən Müharibəsindəki qələbədən sonra 10 dekabr 2020-ci ildə Azadlıq Meydanında Zəfər paradı keçirilmişdi. Paradda  müharibədə qənimət götürülmüş Ermənistan ordusuna məxsus texnikaların bir qismi də nümayiş etdirilmişdi. Həmin texnikalardan bəzilərinin üzərində də “Z” hərfi var.


Rusiya-Ukrayna savaşında gündəmə gələn “Z” hərfinin mənası ilə bağlı çoxlu iddialar irəli sürülüb. Ölkənin qərb bölgəsindəki qüvvələr üçün “Z” hərfi, şərq bölgəsində xidmət edən əsgərlər üçün isə “V” hərfi istifadə olunur. Qərb Hərbi Dairəsi (Западный военный округ) adlanır. Bu sözün abbreviaturası “ЗВО” və ya latın hərflərindəki “ZVO” kimi yazılır. Bu səbəbdən Qərb Hərbi Dairəsinin texnikası üzərində “Z” hərfi qeyd olunur. (Yeniavaz.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin